Ağsuda saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.
BAKU.WS-in məlumatına görə, o, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.
K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...