Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, A.Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Dostunu "girov" götürdü, qul kimi işlətdi, çürümüş meyiti tapıldı - Bakıda DƏHŞƏT
2022-ci il mayın 6-da Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evində 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılır. Meyit tapılarkən üzərində...