Ağstafada qohumlar bir-birini bıçaqladı: Xəsarət alanlar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada bir müddət əvvəl qətlə yetirilən 13 yaşlı Cavanşir Bədirovun ailəsi və qohumları arasında mübahisə düşüb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, mübahisə sonradan kütləvi davaya çevrilib.
Hadisə rayonun Poylu qəsəbəsində baş verib. İddia edilir ki, dava zamanı dünyasını dəyişmiş yeniyetmənin əmisi 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 33 yaşlı Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib.
Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 25 yaşlı Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Xəsarət alan Elbrus dərhal əməliyyat olunub.Qətlə yetirilən yeniyetmənin anası iddia edir ki, hadisə söyüş üstündə baş verib.
Elşən və Məhəmməd Bədirovlar polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...