Ağstafada kafedə xidmətçi qadın bıçaqlandı - Saxlanılan var
30
okt
2025
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.
Kafedə xidmətçi işləyən rayon sakini, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb.
Qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....