Ağstafada hərbi xidmətdən qayıdan gənci avtomobil vuraraq öldürdü
01
avq
2025
09:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada piyadanı avtomobil vuraraq öldürüb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisi...