Ağstafada hadisə şahidi partlayış anından danışdı - VİDEO

Ağstafada hadisə şahidi partlayış anından danışdı - VİDEO
Video
Hadisə 65

Ağstafanın Eynallı kəndində partlayış baş verib.

Həyətyanı sahəsində elektrik avadanlıqları və qaynaq aparatı ilə işləyən Qabil İmamverdiyev xəsarət alıb.

Hadisə şahidi Məftun Şükürovun sözlərinə görə, partlayış qaz balonundakı sızma səbəbindən olub:

“Partlayış səsini eşitdik, gedib gördük ki, qaynaq etdiyi yerdə balon partlayıb, onu kənara atıb”.

Q.İmamverdiyev bədənin III-IV dərəcəli yanığı diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin sol ayaq barmaqları və hər iki əlinin barmaqları amputasiya olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Daha ətraflı BAKU.TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər