Ağstafada 59 yaşlı kişini avtomobil vurub
28
may
2025
09:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.
Piyada ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ağstafa rayon mərkəzi xəstəxanasına çatırılıb. Onun vəziyyəti ağır olduğundan Qazax rayon mərkəzi xəstəxanasına hospitalizasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...