Ağdərədə qəzaya düşən yanğınsöndürmə avtomobilinin FOTOsu yayıldı

Ağdərədə qəzaya düşən yanğınsöndürmə avtomobilinin FOTOsu yayıldı
Foto
Hadisə 291

Ağdərədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzaya düşüb. Hadisə nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, "Qafqazinfo" qəzaya düşən "Kamaz" markalı yanğınsöndürmə avtomobilinin fotolarını əldə edib.

Görüntüləri təqdim edirik:

***19:41

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd "Kamaz" markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

***19:20

Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər - 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.

Hazırda qəzanın tam təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

Son xəbərlər