Ağdaşda karantin qaydalarını pozan çayxana aşkar edildi
28
yan
2021
23:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.BAKU.WS bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.Obyektə baxış zamanı orada olan 20 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. C.Məcnunov və müştərilər Polis Şöbəsinə gətirilib.Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onlar cərimələniblər.
Oxşar xəbərlər
Azərbaycanda gizli fəaliyyət göstərən çayxana aşkarlandı - VİDEO
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə...