Ağdamda yanğın başlayıb
13
iyn
2026
17:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam ərazisində yanğın başlayıb, hazırda alovun qarşısının alınması istiqamətində iş görülür.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Kəngərli kəndində açıq ərazidə, qur ot və kol olan hissədə qeydə alınıb.
Hadisə yerinə FHN-nin Ağdam rayonunun yanğınsöndürmə bölməsinin iki maşını və Xocalı rayon yanğınsöndürmə briqadasının bir heyəti cəlb olunub. Baş vermiş yanğının təxminən 60 hektarlıq bir ərazini əhatə etdiyi bildirilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...