Ağdamda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

Ağdamda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub
Hadisə 136

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb.

Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qərara əsasən onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Toy karvanında avtoxuliqanlıq etdi - Polis saxladı - FOTO

Toy karvanında avtoxuliqanlıq etdi - Polis saxladı - FOTO

Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat...

64 Hadisə 14:43 20 iyul 2023

Son xəbərlər