Ağdam xəstəxanasında kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Ağdam xəstəxanasında kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
Hadisə 92

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.

Zəhərlənmənin səbəbi araşdırılır.

*** 15:00

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

*** 14:24

Ağdamda Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər