Ağdamda 39 yaşlı kişinin ölməsinin zəhərlənmə ilə əlaqəsi yoxdur

Ağdamda 39 yaşlı kişinin ölməsi faktı müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Bu barədə BAKU.WS-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar araşdırmaları davam etdirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq vurğulanıb ki, mayın 28-i saat 15:15 radələrində bir kişi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.
Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.
***09:33
Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Şurabad kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlu göbələk yedikdən sonra qəfil halı pisləşib.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
DİN əməliyyat keçirdi - 29 yaşlı qadın saxlanıldı
Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib k...
