Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
26
iyn
2024
08:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Nahid Hüseynov saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
O, tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurmaqda şübhəli bilinir. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib - VİDEO
Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Sumqa...