Ağcabədidə iki maşın toqquşdu - Ölən var
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobil əslən Şuşa rayonundan olan 2007-ci il təvəllüdlü Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin regional qrupund...