Ağcabədidə evləri su basıb - VİDEO

Ağcabədidə evləri su basıb - VİDEO
Video
Hadisə 119

Bir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağmış yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət daxil olub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər