Ağcabədidə evdə qumbara partladı - Bir ailənin beş üzvü öldü, yaralılar var

Ağcabədidə evdə qumbara partladı - Bir ailənin beş üzvü öldü, yaralılar var
Hadisə 500

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.

Hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

49 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər