Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədi rayonunda avtomobillər toqquşub, ölən var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Qasımov Şamil İlqar oğlu "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Allahverdiyev Yavər Adıgözəl oğluna məxsus "VAZ-2107" markalı və Muradov Vüqar Maşallah oğluna məxsus "VAZ-2106" markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mamedov Mahir Kərəm oğlunu vuraraq öldürüb.
Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
