Ağcabədidə ağır qəza - Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə avtomobillər toqquşub, ölən var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 23-də saat 22 radələrində şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Daha sonra “VAZ-21011” markalı avtomobil səkidə dayanan şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.
Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...