Sükan arxasında huşunu itirən sürücüyə kömək edən şəxsə mükafat verildi - YENİLƏNİB - VİDEO

Sükan arxasında huşunu itirən sürücüyə kömək edən şəxsə mükafat verildi - YENİLƏNİB - VİDEO
Hadisə 6

Paytaxtın H.Əliyev prospektində “KİA” markalı, 10-PT-454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə köməklik etməsini əks etdirən videogörüntü yayılıb.

BAKU.WS xəbər verir ki, bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunmuş və etdiyi əmələ görə ona təşəkkür edilib.

Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilmiş və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim olunub.

***10:48

Aeroport yolunda huşunu itirən sürücü xilas edilib.

BAKU.WS xəbər verir ki, sürücü ötmə əməliyyatı edərkən digər avtomobildəki sürücünün huşunu itirdiyini görüb.

Dərhal onun avtomobilinin qarşısına keçib və avtomobili təhlükəsiz dayandıra bilib.

Hadisə aeroport yolunda baş verib.

Daha sonra sürücüyə ilkin yardım göstərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər