Abşeronda silahlı narkotacir saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda silahlı narkotacir saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.
Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Suraxanı rayonunda keçirilən əməliyyatlar zamanı 26 nəfər saxlanılıb - FOTO
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkarlanmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı...