Abşeronda minik maşını mikroavtobusa çırpılıb, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məmmədli qəsəbəsində sürücü qəza zamanı ağır xəsarət alıb.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü İbadət Yadigar oğlu Mustafayev idarə etdiyi VAZ-2107 markalı maşınla yolun sərt döngəsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan VAZ-2107 eyni istiqamətdə olan “Ford” markalı mikroavtobusa çırpılıb.
Qəza zamanı minik avtomobili deformasiyaya uğrayıb, İ.Mustafayev ağır bədən xəsarətləri alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Qalereya
Oxşar xəbərlər
TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB
Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Əlavə olunub ki...