Abşeronda ƏMƏLİYYAT: Çox sayda vəzifəli şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçirib.
BAKU.WS “manset.az”a istinadən xəbər verir ki, əməliyyat səhər saatlarında keçirilib. Xüsusi əməliyyat qrupu idarənin rəis müavini Etibar Qasımovu, bir neçə mühəndisi, sektor müdirini, baş qeydiyyatçını və qəbul şöbəsinin bir əməkdaşını saxlayıblar.
Ümumilikdə saxlanılan 10-dan çox vəzifəli şəxs xüsusi avtomobillərlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb.
Əməliyyat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimov saxlanılmayıb. Tutulanların əlbir olaraq qanunsuz əməllər törətdiyi bildirilir.
Abşeronda əməliyyat keçirilməsi ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Fədayə Laçın "Qoca" ilə bağlı DANIŞDI: "Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzr...