Abşeronda avtomobil aşdı - sürücünün bacısı öldü, 2 nəfər yaralandı - VİDEO

Abşeronda avtomobil aşdı - sürücünün bacısı öldü, 2 nəfər yaralandı - VİDEO
Video
Hadisə 218

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.

Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər