Abşeronda 19 yaşlı gənc itkin düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda gənc oğlan bir neçə gün əvvəl yoxa çıxıb.
BAKU.WS xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq Y/M, 9-cu küç, ev 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Abdıyev Amin Ramin oğlu aprelin 25-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
On doqquz yaşlı gənc evdən çıxarkən əynində idman dəsti, qısaqol köynək və qırmızı idman ayaqqabısı olub. Yaxınları onun itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət ediblər.
A.Abdıyevi görənlərdən aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur: (055) 792-06-06, (070) 618-15-48
Qalereya
Oxşar xəbərlər
Bakıda bir gündə beş nəfər yoxa çıxdı: İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barə...