Abşeron rayonunda iki avtomobil toqquşub, ölən var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Saray qəsəbəsində qeydə alınıb. 38 yaşlı Elşad Cavadov idarə etdiyi "Lada Priora" markalı avtomobillə Bakı-Saray yolunda hərəkətdə olan zaman 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun idarə etdiyi "Saipa" markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin gücündən "Saipa"nın sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, aldığı xəsarətlərdən avtomobildə keçinib.
Əraziyə FHN-in Sumqayıt Regional Xidmətinin əməkdaşları cəlb olunub. Firudin Mirişovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı “Lada”nın sürücüsü ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
“O nömrənin qiyməti 100 mindən çoxdu”- Bir cinayətin sirri
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Mirişovun məhkəməsi keçirilib.BAKU.WS “qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Mayıl...