Abşeron rayonunda 58 yaşlı kişi faciəli şəkildə öldü
30
apr
2020
23:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
2 gün əvvəl Salyandakı qəzada xəsarət alan qadın dünyasını dəyişdi (FOTO)
Dekabrın 3-də qəzaya uğramış “Mitsubishi-Pajero”nun sürücüsünün həyat yoldaşı olan, Salyan rayonunun Qızılağac kənd sakini, 1963-cü ildə anadan olmuş Rahilə Uld...