Abşeronda "Mercedes"lə toqquşan BYD aşdı: Xəsarət alan var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Məmmədli qəsəbəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qəza nəticəsində avtomobillərdən birinin aşdığı bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi fevralın 16-da saat 14:00-da Məmmədli-Digah yolunda, "Yanardağ" Turizm Kompleksinin qarşısında qeydə alınıb.
"2006-cı il təvəllüdlü Yusif Səbuhi oğlu Zərbəliyevin idarə etdiyi BYD markalı 99-MQ-702 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1968-ci il təvəllüdlü Seyfəddin Miri oğlu Abbasovun idarə etdiyi "Mercedes" markalı, 50-BY-124 dövlət nömrə nişanlı avtomobili toqquşub.
Nəticədə BYD markalı avtomobil kanala düşüb, sürücüsü isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....