Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı

Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
Hadisə 336

Abşeron rayonunda kişi arvadını döyüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini Mənsur Azadov (soyad şərtidir) işi ilə bağlı evə gec gəlib. Bu isə onun həyat yoldaşının əsəbiləşməsinə səbəb olub. Nəticədə ər-arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Mənsur stolun üstündə olan saxsı fincanla həyat yoldaşı Fəhminəyə zərbələr endirib. Zərbələrin təsirindən fincan qadının başında qırılsa da, Mənsurun əsəbləri sakitləşməyib və o, həyat yoldaşını əl və ayaq zərbələri ilə vurmağa davam edib.

Xəsarət alan qadın məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Ər və arvad məhkəmə istintaqı dövründə barışıblar. Məhkəmə buna görə də Mənsur Azadovu məsuliyyətdən azad edib və cinayət işinə xitam verib.

Oxşar xəbərlər

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində bədbəxt hadisə baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, azyaşlı uşaq binanın yeddinci mərtəb...

251 Hadisə 21:43 19 oktyabr 2025

Son xəbərlər