Abşeron rayonunda evlərdən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
Abşeron rayonunda talama cinayətləri baş verib.
BAKU.WS xəbər verir ki, rayonun Saray qəsəbəsində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 1400 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 41 yaşlı R.Bədəlov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla R.Bədəlovun rayon ərazisində yerləşən daha iki evdən ümumilikdə 1750 manat dəyərində təmir-tikinti alətlərini talaması da məlum olub.
İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki iki marketdən 948 manat dəyərində tütün məmulatları, 180 manat nağd pul, bank kartı oğurlamaqda şübhəli bilinən R.Həşimli və P.Şahmarlı da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib
Prezident İlham Əliyev rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki "xeyli", "külli miqdar" anlayışlarının həcminin...