Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb
Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Yük maşınları niyə təhlükə yaradır? - SƏBƏBLƏR - VİDEO
Paytaxtda yolu dönmək istəyən yük maşını təhlükəli vəziyyət yaradıb. Avtomobilin daşıdığı dəmir yük yolun hərəkət hissəsinə aşıb. Belə halların baş verməməsi üç...