ABŞ-da 15 yaşlı oğlan 5 nəfəri öldürüb

ABŞ-da 15 yaşlı oğlan 5 nəfəri öldürüb
Hadisə 73

ABŞ-da atışma zamanı beş nəfər həlak olub.

BAKU.WS Associated Press agentliyinə istinadən xəbər verir ki, Sietl şəhərinin (Vaşinqton ştatı) ətrafında baş verən atışma nəticəsində beş nəfər həlak olub və bir nəfər yaralanıb.

Məlumata görə, hadisə bazar ertəsi səhər saatlarında baş verib. Qonşuların atəş səsləri barədə məlumatından sonra polis evə gəlib. Evə daxil olarkən onlar beş nəfərin cəsədini aşkar ediblər. Atışma zamanı yaralanan daha bir gənc xəstəxanaya aparılıb.

Polis şübhəli şəxsi saxlayıb. Reuters agentliyinin məlumatına görə, o, 15 yaşlı yeniyetmə olub. Cinayətdə şübhəli bilinən şəxsin kimliyi açıqlanmır.

Polis araşdırmanı davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər