Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu

Abşeronda yük maşını iki qəsəbəni qazsız qoydu
Hadisə 928
Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.BAKU.WS "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.Belə ki, ağır tonnajlı yük maşını rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.Abşeron Rayon Qaz İstismar Sahəsindən verilən məlumata görə, hazırda sıradan çıxan qaz xəttinin bərpası işi həyata keçirilir, tezliklə yaranmış problem aradan qaldırılacaq.BAKU.WS

Oxşar xəbərlər

SON DƏQİQƏ: Bakıda Təcili Tibbi Yardım maşını yandı - VİDEO

SON DƏQİQƏ: Bakıda Təcili Tibbi Yardım maşını yandı - VİDEO

Bu gün saat 18:20 radələrində Bakının Xəzər rayonunda Təcili Tibbi Yardım maşını yanıb.Hadisə şahidlərinin BAKU.WS -ə verdiyi məlumata görə, hadisə Mərdəkan qəs...

3537 Hadisə 19:02 22 sentyabr 2017

Son xəbərlər