Lənkəranda usta hündürlükdən yıxılıb.

Baku TV-nin məlumatına görə, ağır yaralanan 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bədbəxt hadisə axşam saatlarında Lənkəranın Viravul kəndində baş verib.

Belə ki, Masallı rayonunun Kolatan kənd sakini, 61 yaşlı Sübhan Cahangirov usta işlədiyi fərdi yaşayış evində damdan yıxılaraq ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin olaraq qapalı kəllə-beyin travması və daxili qulaq qanaxması diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Sübhan Cahangirov səhərə yaxın xəstəxanada ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO