Qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu

Qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu
Hadisə 1073

Bərdə rayonunda hədə-qorxu ilə tələb etmə hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1 000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər