Türkiyənin kopronavirusa ilk yoluxan xəstələrindən biri olan 73 yaşlı Oğuz Peker 5,5 aylıq müalicədən sonra xəstəxanadan evə buraxılıb.

BAKU.WS xəbər verir ki, Türkiyədə koronavirusla bağlı ilk rəsmi açıqlama 11 martda verilib. Bundan bir gün sonra O.Pekerin vəziyyəti pisləşib. Halsızlıq və davamlı yatmaq istəyi hiss edən Pekerin vəziyyəti daha da pisləşdiyi üçün xəstəxanaya müraciət etməli olublar.

Yaşlı iş adamı düz 4 ay müddətində reanimasiyada qalıb. Martın 23-dən başlayan bu günə kimi davam edən olduqca çətin müalicə prosesindən sonra onun bir çox orqanlarında problem yaranıb. Aylardır olduğu reanimasiyada gözlərini açan və ətrafında hər kəsi maskada görən kişi hamını maska ilə gördükdə təəccüblənib. Aylar sonra gözünü açan şəxsin ilk sualı "Qəza keçirmişəm? Niyə hamı maskada gəzir" olub. 

BAKU.WS