DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə hökm oxundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.
BAKU.WS DTX-nin saytına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...