SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəbhədə gərgin vəziyyət hələ də qalmaqdadır. 
 
BAKU.WS-in məlumatına görə, "Azadlıq Radiosunun" erməni bürosu bildirir ki, artıq Ağdərədə bütün kəndlər boşaldılıb.
 
Şəhər ətrafında çəkiliş zamanı bir nəfər də mülki şəxs gözə dəyməyib. Yalnız geri çəkilən tək-tük əsgərlər yol kənarında texnika içərisində pusquda gözləyir.
 
Qeyd edək ki, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.
 
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

BAKU.WS