SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda həyat yoldaşına 4 bıçaq zərbəsi vuran şəxs saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu bıçaqlayıb. 

Adı çəkilən şəxs gecə keçirilən əməliyyat tədbiri ilə tutularaq istintaqa cəlb edilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 

Qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA