SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib.

Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS