SİZİN REKLAM BURADA!
055 213 76 73


12 iyuldan etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlıları təxribatlara əl atır, yaşayış məntəqələrimizi atəşə tutur.

BAKU.WS xəbər verir ki, buna görə həmyerlilərimiz, Qubanın "Qırmızı Qəsəbə"sində doğulub boya-başa çatmış, "Food City" meyvə bazasının rəhbərləri olan Qod Nisanov və Zarax İliyev erməni sahibkarlardan məhsulları almaqdan imtina ediblər. Bu səbəbdən ermənilərin 30-dan çox furasında minlərlə ton məhsulu xarab olub.

Daha sonra erməni sahibkarlar da Ermənistanın Rusiyadakı Səfirliyinə müraciət ediblər. Səfirliyin əməkdaşları da Qod Nisanovla Zarax İliyevin yanına minnətə gediblər. Lakin Qod Nisanov erməniləri qəbul etməyərək onları bazanın ərazisindən qovdurub.

BAKU.WS
VİDEO