Şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayıldı - FOTO

Şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayıldı - FOTO
Hadisə 17906

Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, düşmən təxribatı nəticəsində şəhid olan Tovuz rayon Ağdam kənd sakini Baş əsgər Məmmədov Elşad Dönməz oğludur. Şəhidlərimiz sabah torpağa tapşırılacaq.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Tovuz şəhidini qarşılayır - VİDEO

Tovuz şəhidini qarşılayır - VİDEO

Tovuzda yüzlərlə insan şəhidimizi qarşılayır. BAKU.WS-in məlumatına görə, sakinlər Quran ayələri oxuyaraq şəhidi qarşılamağa hazırlaşırlar. Qeyd edək ki, iyulun...

5425 Hadisə 22:57 12 iyul 2020

Son xəbərlər