VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən – iyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sabirabad şəhəri, Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar - Banı Əliyevanı və qızı Hədiyyəni vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad Rayon Prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

BAKU.WS