VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıya yağan yağış təcili yardım maşının da işinə problem yaradıb.
 
BAKU.WS-in məlumatına görə, paytaxtda çağırış üçün mənzil başına yollanan təcili yardım maşını gölməçəyə düşdüyü üçün hərəkət edə bilməyib. Yağış sularının axması ilə yaranmış gölməçəyə düşən maşın uzun müddət elə oradaca qalıb.
 
Yalnız ətrafdakı insanların köməyi ilə təcili yardım maşınını gölməçədən çıxarmaq mümkün olub. Xoşbəxtlikdən təcili yardım maşının içərisində xəstə olmayıb. Əks təqdirdə həmin xəstə ölümə məhkum ola bilərdi. 
 
Videonu göndərdi: Səid Mehdiyev
 
Şahin Həbibov
BAKU.WS