SİZİN REKLAM BURADA!
055 213 76 73


Magistral xətdə baş verən qəza səbəbindən bir neçə rayona suyun verilməsində fasilə yaranıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Sabirabad magistral xəttində baş verən qəza nəticəsində Şirvan-Muğan qrup su kəmərinə suyun verilişi dayanıb.

Qəza səbəbindən Şirvan şəhəri, Salyan, Biləsuvar, Sabirabad və Saatlı rayonlarına suyun verilməsində fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması başa çatmaq üzrədir. Yaxın saatlarda suyun verilməsi bərpa olunacaq.

BAKU.WS