SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda taksidə müştəri qarət edilib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS