VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi Qazaxda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi, bir nəfərin həyatını itirməsi ilə bağlı dərc olunan məlumat tamamilə əsassızdır.

“Belə ki, saat 15 radələrində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində rayon sakini Abbasov Yaqub Əsgər oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ötmə əməliyyatı edən zaman idarəetməni itirib və yolun kənarındakı çuxura düşüb. Bu zaman avtomobildəki sərnişin, 2004-cü il təvəllüdlü rayon sakini Məmmədəliyev Orxan Sarı oğlu yüngül bədən xəsarətləri alıb. O, dərhal hadisə yerində müayinə olunub və ambulator müalicəyə buraxılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, hər hansı bir hadisə ilə bağlı məlumatı dərc etməzdən əvvəl aidiyyətli dövlət orqanlarının mətbuat xidməti ilə əlaqə saxlasınlar və xəbəri dəqiqləşdirmədən dərc etməsinlər”, - DİN rəsmisi vurğulayıb.

BAKU.WS