VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İraqda futbol maçı zamanı baş verən terro aktında 29 nəfər ölüb, 60-dan çox adam yaralanıb. 

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə İskəndəriyyə şəhəri yaxınlığındakı stadionda baş verib. Terror aktı İŞİD xəlifəsi  Əbubəkir əl Bağdadinin köməkçilərindən biri Abdül Rahman Mustafa əl-Kadulinin öldürülməsinn elan edilməsindən sonra törədilib.

Kamikadze iki yerli komandanın oyunu zamanı stadionun içinə girərərk özünü partladıb.  «Hadisə qalib komandaya kubokun təqdim edilməsi zamanı baş verib. Fürsətdən istifadə edən kamikadze kütlənin arasına girərək bombanı işə salıb», - "France Press"ə açıqlama verən polis rəsmisi bildirib.

Terror aktına görə məsuliyyəti İŞİD artıq öz üzərinə götürüb. 

BAKU.WS