SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS anspress-ə istinadən məlumat verir ki, hadisə rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi "VAZ-21 015” markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.
 
BAKU.WS