Kürdəmirdə qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Kürdəmirdə 2017-ci ildə həyat yoldaşından ayrılaraq öz ailəsi ilə yaşayan qadının keçmiş əri tərəfindən benzin tökülərək yandırılması məsələsinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində keçmiş arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb:
“Qadın xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir”.
DİN rəsmisi qeyd edib ki, Nurlan Hüseynov saxlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını benzin töküb yandıran şəxsdən YENİ XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi nikahda olduğu qadının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Xudabaxışovun apellyasiya şikayəti üz...